Rusiyanın Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı sayılan hərbi kontingentinin hərbi polis birləşmələri Şuşa-Qırmızı Bazar marşrutu boyunca hər iki istiqamətdə təxminən 50 yük avtomobilinin gediş-gəlişini təmin edib.
Hafta.az bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir.
"Bu gün hərbi polis bölüyünün qüvvələri avtomobil karvanlarının Şuşa-Qırmızı Bazar marşrutu boyunca keçidinin təhlükəsizliyini təmin edib. Həmin marşrut dağlıq ərazilərdən keçir, bu da nəqliyyat vasitələri sürücülərindən və müşayiət heyətlərindən daha çox diqqət tələb edir. Marşrutun uzunluğu 42 kilometrdir. Hər iki istiqamətdə 50-yə yaxın texnikanın gediş-gəlişi müşayiət edilib” - Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Peter Krapiva belə deyib.